Brave Nightly endirmək
Qabaqcıl istifadəçilər və tərtibatçılar üçün Brave-in sınaqdan keçirilməmiş—amma stabil—versiyası.
Nightly Brave-in sınaqdan keçirilməmiş ilkin versiyasıdır. Onun xüsusiyyətləri bəzən natamam, təkmilləşdirmə prosesində ola, standart olaraq aktivləşdirilə və ya xüsusiyyət açarının arxasında “kilidlənmiş” ola bilər. Bu xüsusiyyətlər hər zaman əlçatan olmaya və ya digər kanallarda standart şəkildə aktivləşdirilmiş ola bilər.
Nightly versiyası yaxşı stabilliyə malikdir və bir çox qabaqcıl istifadəçilər, eləcə də tərtibatçılar Nightly-dən əsas Brave versiyası kimi istifadə edir. Brave-in bu ilk versiyasını sınaqdan keçirməkdə etdiyiniz kömək və rəyiniz bizim üçün dəyərlidir.
Masaüstü kompüterdə Brave Nightly-ni Linux, macOS, və Windows üçün endirmək mümkündür.
Brave hər zaman açıq bir mənbədir. <0>GitHub-a baxaraq</0> və ya <1>community.brave.app</1> keçidinə daxil olaraq dəstək əldə edə bilərsiniz.
Android üçün Brave Nightly
Nightly Android cihazlarda da mövcuddur. Mobil cihazlar üçün ilkin mərhələdə və ya təkmilləşdirilməkdə olan xüsusiyyətləri sınaqdan keçirməyimizə kömək edin.
Brave-in digər versiyalarını sınaqdan keçirmək istərdinizmi?
Yeni xüsusiyyətlər adətən əvvəlcə Nightly kanalında təqdim olunur. Bütün nasazlıqları aradan qaldırdıqdan sonra yekun yoxlama üçün xüsusiyyətləri Beta versiyasına köçürüb, son tam Buraxılış versiyasına daxil edirik.
